Tabel üzrə inzibatçı/Timekeeper (Qarabağ)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə işçilərin şəxsi işlərini yaratmaq/aparmaq; 
  • İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;
  • İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;
  • Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək;
  • İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək;
  • İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İR ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;
  • IR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək

Tələblər:

  • Komputer bilikləri: Microsoft Office tools (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;
  • Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək
  • Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını bilmək

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Tabel üzrə inzibatçı" qeyd edərək [email protected]   elektron ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi