Vergi uçotu üzrə mühasib

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 16.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergilərin müvafiq qaydada hesablanmasını təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
  • Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maya dəyəri uçotunun, anbar əməliyyatlarının və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasının, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalq və daxili mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
  • İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialin 1C sisteminə yerləşdirilməsi;
  • Hesablar planının, eləcə də hesablar planı təlimatının tam şəffaf tətbiq edilməsini təmin etmək;
  • Vergilərin hesablanması, mənfəət vergisi, muzdlu işlə bağlı vergilər, gəlir vergisi, ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergilər, sosial ayırmalar və s. kimi bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
  • E-qaimələrin vergi portalında hazırlaması və 1C sistemində idarə edilməsi;
  • ƏDV uçotunun dəqiq aparılması və ƏDV əvəzləşmələrinin icra edilməsi;
  • Əsas vəsaitlərin uçotunun apraılmasının təşkili;
  • Vergi yoxlamaları (səyyar və kameral) zamanı auditorlarla işləri koordinasiya edilməsi və tələb olunan məlumatların vaxtında və dəqiq təmin edilməsi;
  • Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq;
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
  • Gömrük bəyannamələrinin yoxlanması, izlənməsi və emal edilməsi;
  • Vergi hesablamalarının və ödəmələrinin şəxsi vərəqə ilə üzləşdirilməsi;
  • Təxirə salınmış vergilərin hesablanması;
  • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
  • Şirkətin vergi və mühasibatlıq prosedurlarında səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması və onları tətbiqi;
  • Mühasibatlıq və vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və müvafiq olaraq şirkətin vergi uçotunun tənzimlənməsi;
  • Maliyyə direktorunun verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi;
  • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır.

Tələblər:

  • Təhsil:   Ali 
  • İş təcrübəsi: 3 il
  • Yaş həddi: 25 - 40 yaş
  • Kompüter bacarığı: MS Office, 1C  Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı

İş şəraiti: 

  • Ofis Xırdalan şəhərində yerləşir  
  • 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 - 18:00
  • Əmək haqqı: 1200-1500 AZN

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “VERGİ UÇOTU üzrə MÜHASİB” qeyd etməklə göndərə bilərlər

Email: [email protected]  

İşəgötürənin reytinqi