İşin təsviri
                
                
                                
                Əsas vəzifə və öhdəlikləri:
	- Cəmiyyət daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
 
	- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar bütün hüquqi işlərin təşkilində iştirak etmək;
 
	- Müqavilə nümunələrinin tərtib edilməsində iştirak etmək, müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsi baradə rəy vermək, zəruri əlavə və dəyişiklikləri etmək; 
 
	- Dövlət satınalmaları, əmək, mülki, inzibati və digər qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
 
	- Birbaşa rəhbərin yazılı və şifahi digər tapşırıqlarını yerinə yetirmək.
 
Kvalifikasiya üzrə tələblər:
	- Ali hüquq təhsilli;
 
	- Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
 
	- Mülki, inzibati, vergi, gömrük, əmək qanunvericiliyi barədə biliklərə malik olmaq;
 
	- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
 
	- Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
 
	- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
 
	- Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).
 
Bacarıqlar:
	- Analitik düşünmə qabiliyyəti;
 
	- Komandada işləmək bacarığı;
 
	- İşgüzar və hüquqi yazışma bacarığı;
 
	- İşi planlaşdırma bacarığı;
 
	- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
 
	- Yaradıcı və təşəbbüskar olmaq;
 
	- MS Office proqramlarını mükəmməl bilmək.
 
İş haqqında məlumat:
	- Ezamiyyə imkanları (zəruri hallarda)
 
	- 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
 
	- İş vaxtı: 09:00 - 18:00
 
	- İş yeri: Bakı şəhəri
 
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Korporativ tənzimləmə üzrə hüquqşünas” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 15.04.2023.