Marketinq və Biznesin inkişafı üzrə Menecer

  • Green Food Group
  • Elanın qoyulma tarixi: 14.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin  marketinq və biznesin inkişafı  planını hazırlayır;
  • Rəqabət bazarını, şirkətin mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və təkliflər hazırlayır;
  • Şirkətin reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
  • Ona birbaşa hesabatlı olan işçilərin  hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
  • Şirkətdaxili qaydalara müvafiq olaraq, fəaliyyəti barədə hesabatlar hazırlayır;
  • Ehtiyac olduqda alternativ strategiyalara keçid üzrə təkliflər verir.
  • Şirkətin strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarının hazırlanması və icrası üçün layihə qrupları yaradılması barədə təkliflər verir.
  • Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir.
  • Şirkətin biznes proseslərində ortaya çıxan maraqlar toqquşması və onların aradan qaldırılması barədə təkliflər verir.
  • Yeni konsepsiyanın hazırlanmasında iştirak edir.
  • Şöbənin işini planlaşdırır və təşkil edir, şirkətdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən  şöbəyə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;

Namizədə tələblər: 

  • Sahə üzrə minimum 3-5 il iş təcrübəsi 
  • Yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar
  • İşi planlamaq bacarığı
  • Aktivlik və dəqiqlik
  • Yaş həddi 30-45 yaş arası

İş şərtləri:  5 günlük iş qrafiki (09:00-18:00);  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Marketinq və Biznesin inkişafı üzrə menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

Green Food Group tərəfindən digər vakansiyalar