Mühasib-operator

  • Green Food Group
  • Elanın qoyulma tarixi: 03.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi və gündəlik olaraq 1C proqramına işlənməsi ;
  • Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi , Kassa sənədlərinin hazırlanması,mədaxil,məxaric orderlərinin yazılması  və gündəlik olaraq 1C proqramına işlənməsi ;
  • E-qaimələrin yazılması ;
  • Müqavilələrin tərtibi ;
  • Göndərilən və gələn e-qaimələrin 1C proqramına işlənməsi ;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsinin hesablanması ;
  • Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının hazırlanması ;
  • Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi ;
  • Rəhbərliyin digər tapşırıqlarının vaxtında yerinə yetirilməsi.

Namizədə tələblər: 

  • Mühasibatlıq sahəsində təhsil arzuolunandır
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
  • 1C-də işləmək bacarığı(alış sənədlərinin, ödənişlərin daxil edilməsi)
  •  Office proqramlarını bilməli
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli 
  • İşi planlamaq bacarığı
  • Aktivlik və dəqiqlik
  • Təşkilati, analitik  bacarıqlar;  
  • Yaş həddi 22-35 yaş arası

İş şərtləri: 

  • 6 günlük iş qrafiki;  
  • Əmək haqqı: 600-700 AZN
  • Karyera inkişafı imkanı
  • İş yeri Xətai prospektində yerləşir
  • Nahar şirkət tərəfindən təmin olunur.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Mühasib-operator” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Green Food Group tərəfindən digər vakansiyalar