Mühasibat uçotu şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
  • İlkin mühasibat uçotu sənədlərinin, E-qaimələrin uçotunun aparılması;
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;
  • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini icra etmək;
  • Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlanmasında iştirak etmək;
  • Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini həyata keçirmək;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, təsərrüfat mallarının, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılması;
  • İnventarizasiya işinin təşkilində iştirak etmək;
  • Vergi və digər orqanlardan daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin tərtib etmək və vergi orqanlarına təqdim etmək;
  • Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılması və sənədlərin tamlığına nəzarət.

Tələblər:

  • Maliyyə, mühasibatlıq və iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • MHBS və Mühasibat uçotunun prinsipləri barədə nəzəri biliklər (ACCA və ya PMS sertifikatları olanlara üstünlük veriləcək);
  • MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Əla səviyyədə Azərbaycan dili;

Tələb olunan qanunvericilik biliklər: 

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi

İş şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş saatları: 09:00-18:00;
  • Əməkhaqqı:1500 AZN NET

Vakansiya ilə maraqlanan namizədlərdən CV göndərərkən mövzu hissəsində hansı vakansiya üzrə müraciət etdiklərini qeyd etmələri xahiş olunur.