İnsan resursları üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 13.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • İnsan resursları sahəsi üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
  • İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
  • Qlobal və yerli bazarda İnsan resursları sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
  • Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;  
  • Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (xarici təhsil və ya beynəlxalq sertifikat üstünlükdür);
  • İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi olan;
  • Agile metodologiyası ilə yaxından tanışlığı olan;
  • Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
  • Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
  • Yüksək təqdimat və ünsiyyət qabiliyyəti olan;
  • Komandada işləmə bacarığı olan şəxsdir.     

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi