Kiçik anbardar

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 13.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz nə təklif edirik:

  • Performansa əsaslanan illik bonus;
  • Tibbi sığorta;
  • Şirkət naharı;
  • Təlim imkanları (dil kursları da daxildir);
  • Sürətlə inkişaf edən mühit, karyera imkanları, iş yerində təlim.

Təhsil: Orta təhsil. Ali təhsil (üstünlükdür)

İş təcrübəsi: Minimum 1-3 il iş təcrübəsi.

Bilik və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı
  • Ünsiyyət, işgüzarlıq, çeviklik
  • İdarəetmə bacarığı
  • Analitik düşünmə

Vəzifə öhdəlikləri:

  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək.
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsinə nəzarət etmək.
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.
  • Anbardan malları yalnız şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxılmasına nəzarət etmək.
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
  • Müsahibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmək.
  • İlkin uçot sənədlərinin qəbulunu həyata keçirmək və onları emala hazırlamaq.
  • Aylıq balans hesabatlarının və izahlı əlavələrin hazırlanması, düzgünlüyünü yoxlamaq, mühasibatlığa təqdim etmək.
  • Rüblük anbar sayımlarında iştirak etmək.

Dil bacarıqları: Azərbaycan dili (səlis), Rus və İngilis dili bilikləri üstünlükdür.

Sürücülük vəsiqəsi: B, C kateqoriyası

Komputer bacarıqları<MS office

Hesabat verir: Anbar üzrə Supervayzer
Tələb olunan işçi sayı: 1
Ünvan: Hacıqabul

 

İşəgötürənin reytinqi