Korporativ müştərilərlə iş üzrə Satış mütəxəssisi

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 20.05.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
 "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Vəzifə: Korporativ müştərilərlə iş üzrə Satış mütəxəssisi 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Cəmiyyətin istehsal etdiyi məhsulların satış mexanizminin hazırlanmasında və satışının təşkil edilməsində iştirak edilməsi;
• Cəmiyyətin istehsal etdiyi məhsullar haqqında maraq formalaşdırılmasının təşkil edilməsi;
• Cəmiyyətin istehsal etdiyi məhsulların bilavasitə satışında iştirak edilməsi və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin edilməsi;
• Satışın həyata keçirilməsi zamanı müqavilələri və digər müvafiq sənədlərin hazırlanmasının təşkil edilməsi və buna görə məsuliyyət daşınması;
• Təyin olunmuş ərazi/bazar seqmenti daxilində hazırkı və gələcək müştərilər ilə əlaqələrin qurulması, inkişafı və saxlanılması;
• Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkili;
• Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrinin  tədqiq olunması;
• Cari və perspektiv müştərilər üçün aydın və effektiv yazılı təkliflərin hazırlanması; 
• Müştərilərin problemləri və şikayətlərinin həllinin tezləşdirilməsi;
• Marketinq, satışın idarə olunması, mühasibat, loqistika və texniki xidmət qrupları ilə satış səylərinin əlaqələndirilməsi; 
• Ərazi/bazar imkanlarının analiz edilməsi, cari və perspektiv müştərilərin şirkət daxilində dəyərinin təhlil edilməsi;
• Cari müştərilər üçün cari və gələcək planları, səhm və dəyər imkanlarını işıqlandıran müştəri profilinin yaradılması;
• Faydaların müəyyənləşdirilməsi və şirkətin məhsullarının/xidmətlərinin müqayisə edilməsi;

Tələblər: 

Ali təhsili;
Kompüterlə işləmək bacarığı;
Azərbaycan, rus və ingilis dillərini bilmək;
Satış sahəsində azı 3 il stajı;
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı.

İnşaat materiallarının satışı sahəsində işləmiş namizədlərə üstünlük verilir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.