Təmir işləri üzrə planlama mühəndisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsini planlamaq;
  • Qeydiyyat kartlarının tərtib edilməsi, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama
  • kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı;
  • Mexaniki təmir və Planlama üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək.
  • İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi;
  • CİL zavodda həyata keçiriləcək texniki təmir işlərinin təşkili;
  • Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması;
  • Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili;
  • Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Mexaniki təmir və planlama və sahəsinə aid işlərin digər şöbələrlə avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili;
  • Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək;
  • İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi;
  • Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi;
  • Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi;
  • Mexaniki təmir heyətinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office,Ms Project, Primavera proqramlarından istifadə bacarığı;
  • Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq (əlvan metalların istehsalı)
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarını bilməlidir.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Mexanika, Sənaye və ya Elektrika ,Elektronika mühəndisliyi üzrə ali təhsil;
  • Bu və ya oxşar sahədə (təmir planlaması) 3 il iş təcrübəsi.

İş qrafiki: Növbəli iş rejimi

Müraciət üçün: https://careers.azergold.az/vakansiya/temir-isleri-uzre-planlama-muhendisi-cil-zavodu

İşəgötürənin reytinqi