İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi

  • Company
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Rəhbərlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında, yüksək səviyyədə yerinə yetirmək;
  • Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, təbliğat-təşviqat işində iştirak etmək; 
  • İctimaiyyəti təşkilatın fəaliyyəti ilə əlaqədar operativ və mütəmadi məlumatlandırmaq;
  • Press-relizlər, tezislər, müsahibələr, çıxışlar, məlumatlar və s. hazırlaması və elektron formada ictimaiyyətə çatdırılmasında iştirak etmək;
  • Təşkilatın rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında yayımlanan məlumatların mütəmadi yenilənməsində, informasiyaların maarifləndirici, maraqlı və lokanik hazırlanmasında iştirak etmək;
  • Çap, video və foto materialların seçimində iştirak etmək, arxivləşdirilmə işlərini görmək;
  • Mətbuat konfransı, brifinq və digər müxtəlif xarakterli tədbirlərin təşkilində, keçirilən tədbirlərə mətbuat orqanlarının cəlb edilməsində iştirak etmək; 
  • KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqini aparmaq. 

Vəzifənin tutulması şərtləri:

  • Ali təhsil: Humanitar və sosial, Marketing, İctimaiyyətlə əlaqələr (PR), Beynəlxalq münasibətlər;
  • İş stajı: azı 3 il (sosial media və digər marketinq kanallarında kontent yaratmaq bacarığı);
  • Kompüter biliklərinə dair tələblər: MS Office və dizayn proqramları (Adobe Photoshop, Premier);
  • Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili - A2 səviyyəsində
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı.  

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İctimaiyyətlə əlaqələr şöbəsi, baş mütəxəssis” qeyd edərək [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.