Memar/İnşaat mühəndisi

  • Company
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • İşçi layihənin hazırlanması;
  • Tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması; 
  • Memarlıq layihələri, eskiz, işçi layihələr, texniki-mühəndis sənədləri ilə çalışa bilməsi;
  • Memarlıq layihələrinin təhlil edilməsi; 
  • Layihələrin icrası ilə bağlı mütəmadi hesabatların hazırlanması və təzələnmiş məlumatları əldə etmək üçün digər struktur bölmələrlə və qurumlarla əməkdaşlıq edilməsi;
  • Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək. 

Vəzifənin tutulması şərtləri:

  • Təhsil : Memarlıq; İnşaat mühəndisliyi; Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
  • İş stajı : azı 2 il müvafiq sahədə 
  • Kompüter biliklərinə dair tələblər : Microsoft Office, Autocad, Archicad, 3D Max, GİS
  • Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili – B1 səviyyəsində
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı.

Bilməlidir: 

  • tikinti norma və qaydalarını;
  • tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
  • layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini.

İş barədə məlumat:

  • İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərində yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini müvafiq elektron poçt ünvanına göndərin və əmək haqqı gözləntinizi qeyd edin.