Satış rəhbəri

  • Askona
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Ali
  • Təcrübə: Minimum 6 il satış sahəsində (Pərakəndə satış və ya çoxlu sayda tabeliyində olan böyük mağazanın idarə olunması təcrübəsi: 3-5 il) iş təcrübəsi olmalı - (qida sektoru istisna olmaqla)
  • KPI göstəriciləri ilə çalışmış
  • Yaxşı analitika biliyi
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
  • Yaş: 27-40
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C

Vəzifələr:

  • Pərakəndə satış şəbəkəsinin işinin təşkili, inkişafı və ümumi rəhbərliyi.
  • İllik və cari maliyyə planının və büdcənin göstəricilərinin yerinə yetirilməsini təmin etmək.
  • Satış komandasının müntəzəm olaraq qiymətləndirmənin aparılması, qısa və uzunmüddətli hədəflərin təyin etmək
  • Mövcud satış proseslərini izləmək,bazar imkanlarını müəyyən etmək və qiymətləndirmək;
  • Şirkətin bazar dayanıqlılığını təmin etmək üçün strategiyanın hazırlanmasında iştirak etmək;
  • Müştəri bazasının saxlanılması,təhlili və sistemləşdirilməsi üzrə işin təşkili;
  • Şirkətin məhsul və qiymət planlamasını hazırlamaq
  • Şirkətin mağazalarının fəaliyyətinə nəzarət etmək;

İş qrafiki: 5 günlük iş qrafiki

İş yeri: Babək prospekti

Əmək haqqı: (fiks əmək haqqi + faizlər). Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 2500-4000 manat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Satış rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur.