Kredit Risklərinin İdarə Edilməsi üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Defolt riskinin azaldılmasını dəstəkləyən kredit portfelinin idarə edilməsi və yüksək riskli hesabların idarə edilməsi alətlərinin yaradılmasına cavabdehlik;
  • Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
  • Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
  • Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi;
  • Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
  • Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
  • Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili (səlis).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.

 

https://glorri.com/pashabank/6406d31b49e7ba6f89ef4a36-Kredit%20Riskl%C9%99rinin%20%C4%B0dar%C9%99%20Edilm%C9%99si%20%C3%BCzr%C9%99%20Ba%C5%9F%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources

İşəgötürənin reytinqi