Maliyyə meneceri

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 01.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xırdalan şəhəri.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo;
  • Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
  • Vergi Məcəlləsinin tətbiq edilməsində təcrübəsi olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə, Logo proqram təminatından istifadə etməklə maliyyə hesabatlarının hazırlanması;
  • Müəssisənin xərclərinin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Müəssisənin maliyyə planının hazırlanması, maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
  • Maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
  • Logo proqram təminatında əsas modullarının funksiya və imkanları üzrə biliklərin olması;
  • Logo proqram təminatı üzrə məlumatların sistemə daxil olunması;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.
  • Korporativ nömrə ilə təmin edilir;
  • Əmək haqqı: 1200-1800 AZN;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Maliyyə meneceri” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Email: [email protected]  

İşəgötürənin reytinqi