Tenderlər üzrə mütəxəssis

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 28.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən edir.
  • Tender tələblərini təhlil edir və məlumatı rəhbərliyə çatdırır.
  • Tələb olunan sənədlər toplusunun əldə olunmasını və operativ şəkildə hazırlanmasını təmin edir.
  • Tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən tələb edir.
  • Tender prosesində şirkəti təmsil edir.
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmalar aparır və uzunmüddətli əlaqələr yaradır.
  • Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirir.

Vəzifədən irəli gələn səriştələr:

  • Dəqiqlik
  • Diqqətlilik
  • Məsuliyyət
  • Komandada işləmək
  • Stressə davamlılıq
  • Analitik düşünmə qabiliyyəti

Vəzifəyə olan tələblər:

  • Ali təhsil
  • Bütün Microsoft Office proqramları, E-portalda işləmək bacarığı  
  • İş stajı:3 ildən yuxarı
  • Yaş həddi:25-40
  • Yüksək səviyyədə İngilis və Rus dili biliyi   

Əmək şəraitinin şərtləri:

  • İş yeri Bakı şəhərində yerləşir bu səbəbdən Bakı şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
  • İş qrafiki: I-V günlər, saat 09:00-18:00
  • İşə qəbul AR ƏM əsasında
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı: 600 AZN

Xahiş edirik, mövzu hissəsində “ Tenderlər üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində(foto ilə) e-poçt ünvanına göndərəsiniz.

Qeyd: Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.