Büdcə və hesabatlılıq üzrə mütəxəssis

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 26.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması;
  • Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə hazırlanması;
  • Rəhbərlik və digər strukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsində iştirak;
  • Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılmasında iştirak;
  • Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
  • Kənar audit yoxlama prosesində iştirak və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
  • Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması;

Tələb olunun biliklər:

  • İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil;
  • Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 2-3 il iş təcrübəsi;
  • MS office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Yaxşı səviyyədə ingilis dili biliyi;
  • CPA, CIMA, ACCA, CFA sertifikatları (və yaxud təhsili) üstünlükdür;
  • Analitik məntiqi düşünmə tərzi, komandada işləmək qabiliyyəti.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

Email: [email protected]  

İşəgötürənin reytinqi