Əməliyyatçı/ Xəzinədar (Mingəçevir)

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 23.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Qiymətlilərlə aparılan əməliyyatların müvafiq normativ aktlara və daxili qaydalara uyğun aparılmasını təmin etmək;
  • Pul vəsaitlərinin müvafiq qaydada sistemə/ hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Kassa sənədlərinin və xəzinədəki vəsaitlərin həqiqiliyini təmin etmək;
  • Mövcud qanunvericiliyə uyğun qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Gün ərzində xəzinə üzrə mədaxil və məxaric zamanı normativ aktlara və təşkilatın daxili qayda və prosedurlarına riayət etmək;
  • Aparılan əməliyyatlar üzrə müxabirləşmələri həyata keçirmək;
  • Xəzinədə həyata keçirilən mədaxil – məxaric əməliyyatlarını müvafiq əməliyyat sistemində əks etdirmək;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil/ natamam ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır)
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Excel, Word) işləmək bacarığı;
  • Pul və qiymətlilərlə işləmə qabiliyyəti;
  • Komanda tərkibində və fərdi şəkildə işləmə bacarığı;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini ”Əməliyyatçı/ Xəzinədar (Mingəçevir filialı)” başlığı ilə [email protected]  elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.