Maliyyə nəzarəti və büdcə şöbəsinin baş mütəxəssisi

İşin təsviri

Əsas öhdəliklər:

  • Büdcə təqvimini və büdcə prosesini planlaşdırmaq, müvafiq şöbə rəhbərlərinin büdcə təqviminə əməl etmələrini təmin etmək;
  • Müvafiq şöbə rəhbərləri ilə birlikdə  Cəmiyyətin  bütün departamentləri / bölmələri üçün illik büdcəni hazırlamaq, yoxlamaq təsdiqləmək, icra etmək və icrasına nəzarət etmək, büdcənin icrası haqqında hesabat vermək;
  •  Bütün əməliyyatların büdcə daxilində olmasını təmin etmək üçün maliyyə məlumatlarını (gəlirlər, xərclər və pul vəsaitlərinin idarə edilməsi) təhlil etmək;
  • Rəhbərliyi hədəflərə doğru irəliləyişlə bağlı mütəmadi hesabatlarla təmin etmək, büdcədən kənarlaşmaları və onların səbəblərini qeyd etmək;
  • Büdcə və proqnozlaşdırma üsullarını mütəmadi olaraq təkmilləşdirmək;
  • Satış kanalları, biznes modellər, müştərilər üzrə gəlirliliyi təhlil etmək və rentabelliyin artırılması üçün təklif və tövsiyələri hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Satış nöqtələrindən maliyyə vəsaitinin yığılmasına nəzarət etmək və Satış  komandasına müvafiq məlumatların göndərilməsini təmin etmək;
  • Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Cəmiyyətin strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
  • Mənfəətlilik və effektivlik təhlillərini (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilmək və təkliflər verilmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Əsas tələb:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini əla, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • MS Office proqramlarından sərbəst istifadə edə bilməli;
  • Mühasibat uçotunun ümumi qəbul edilmiş prinsip və qaydaları, beynəlxalq maliyyə uçotu və iqtisadi prinsiplər haqqında nəzəri biliklərə sahib olmalı.

Əsas Bacarıqlar:

  • Mükəmməl iş mühakiməsi, analitik düşünmə və qərar qəbul etmə bacarığı;
  • Stressə davamlı, komandada işləmə bacarığı, təqdimat bacarığı;
  • Ünsiyyət və düzgün iş əlaqələri qurmaq bacarığı.

Əlavə məlumatlar:

  • İş saatı: 09:00 – 18:00;
  • İş rejimi : Həftə içi 5 gün;
  • Tibbi sığorta;
  • Korporativ nömrə;
  • Peşəkar təlimçi tərəfindən təlimlər.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını Maliyyə nəzarəti və Büdcə şöbəsinin baş mütəxəssisiqeyd etməklə göndərə bilərsiniz.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi