Əmək haqqı üzrə mühasib

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 22.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Hesabatların auditini bacarmalı;
  • Analitik düşünmə qabiliyyəti olmalı;
  • Azərbaycan və rus dili bilikləri;
  • Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarını hesablamaq;
  • Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
  • Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
  • Əmək haqqı: 800-1000 AZN-dən başlayaraq
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur

İş yeri:Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D 

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Əmək haqqı üzrə mühasib” Mövzu bölməsində göstərin.

Email: [email protected]  

İşəgötürənin reytinqi