Smeta qrupunun rəhbəri

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 21.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

  • Maliyyə-smeta sənədlərini hazırlayır;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
  • Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
  • Tikinti- quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak edir;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını  sistemləşdirir;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib edir; 
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.

Tələblər:

  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını, 
  • Heyətin idarəedilməsi ilə bağlı səriştələr
  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
  • Azərbaycan dili (əla),  ingilis dili (yaxşı), rus dili (yaxşı)
  • Microsoft Office (yaxşı), 1C, Auto CAD

İş şəraiti:

  • İş rejimi:  5 günlük, 09:00-18:00
  • İşçi nahar, telefon danışığı və işə gəlib getmək üçün servislə təmin edilir.

 CV-lərinizi “Smeta qrupunun rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur. 

AS İnşaat MMC tərəfindən digər vakansiyalar