İşin təsviri
Təsvir:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
- Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmalarının aparılması;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
- Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanmasına dəstək verilməsi;
- Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Sahədə minimum 2 il iş təcrübəsi;
- MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
- Vergi Məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- ACCA sertifikatlarından birinin olması üstünlükdür;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
- Müstəqil qərar verici, məntiqli və dəqiqlik kimi müsbət göstəricilərə malik olması.
Sosial imtiyazlar:
- Nəqliyyat xidməti
- Nahar təminatı
- Korporativ nömrə
- Könüllü tibbi sığorta
https://glorri.com/azbadam/63f5abf92244d002b750c90b-Apar%C4%B1c%C4%B1%20m%C3%BChasib?