Kiçik anbardar

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 19.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

Təhsil: Ali Təhsil

İş təcrübəsi: Anbar sahəsi üzrə minimum 1-3 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı
  • Ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün  bacarıqlara sahib olmalı
  • İdarəetmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək.
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsinə nəzarət etmək
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.
  • Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxılmasına nəzarət etmək.
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
  • Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmək.
  • İlkin uçot sənədlərinin qəbulunu həyata keçirmək və onları emala hazırlamaq.
  • Aylıq balans hesabatanının və izahlı əlavələrin hazırlanması, düzgünlüyünü yoxlamaq, mühasibatlığa təqdim etmək.
  • Rüblük anbar sayımlarında iştirak etmək.

Dil bacarıqları: Azərbaycan dili (səlis), Rus və ingilis dil bilikləri üstünlükdür.

Komputer bacarıqları: Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)

Sürücülük vəsiqəsi: B,C

Hesabat verir: Anbar üzrə supervayzer
Məkan: Ceyrançöl (Samux -Tovuz)
İş saatları: 09:00 – 18:00 (5/7)

Email: [email protected]

İşəgötürənin reytinqi