Marka Meneceri

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 16.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.

Vəzifə öhdəlikləri: 

  • Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
  • Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
  • Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
  • İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
  • Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
  • Bazarda məhsulun yayımını izləmək;
  • Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
  • Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
  • Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
  • Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
  • Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
  • Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
  • Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
  • İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

 

Tələblər:

  • Ali təhsil;
  • Minimum 3 il marketinq, satış sahəsində iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
  • Yüksək riyazi biliklərə malik olmalı;
  • Azərbaycan və rus dillərində səlis danışma bacarığı (İngilis dili üstünlükdür);
  • MS Office kompüter proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.


Təminatlar:
-        Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır
-        Nahar ilə təmin edilir


İş qrafiki: 5 günlük

 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Marka Meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.  

 

İşəgötürənin reytinqi