İT üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat: 

  • Kompüter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq;
  • Əsas texniki problemləri təyin etmək və həll etmək;
  • İstifadəçilərin müraciətinə (telefon və ya tiket) vaxtında baxmaq;
  • Ofisdə yerləşən texniki vasitələrin və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək;
  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
  • Switch, AP və Router şəbəkə avadanlıqlarını quraşdırmaq və sazlamaq;
  • PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğuları ilə işləmək;
  • Printer və scanner avadanlıqlarını kompüterə quraşdırmaq, problem yarandığı halda problemi həll etmək;
  • Windows Server, Active Directory və DNS anlayışından xəbərdar olmaq;
  • İP telefonların və İP kameraların iş prinsipini, çıxan nasazlıqları aradan qaldırmaq;
  • Antivirusların iş prinsipi, quraşdırmaq və sazlamaq;
  • Aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək. 

Namizəd üçün tələblər:

  • Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi istiqamətində)
  • 2 il iş təcrübəsi (analoji sahə üzrə);
  • Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı;
  • MS Ofis proqramlarından istifadə bacarığı;
  • Windows əməliyyat sistemlərində yüksək səviyyədə işləmək bacarığı;
  • Problemləri düzgün analiz etmək bacarığı;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmaq.

Əmək Şəraiti:

  • AR-nın ƏM - nə uyğun sənədləşmə;
  • İş Rejimi: Həftənin 5 günü;
  • İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
  • Ünvan: Bakı şəhəri, Globus Center.

Əmək haqqı: 700 – 800 AZN

Son müraciət tarixi: 17.03.2023

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]