Sığorta hadisələrinin araşdırılması departamentdə Müdir

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 14.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumatlar: 

  • Ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
  • Bank/sığorta sahədə ən azı 5-10 il iş təcrübəsi;
  • Ezamiyyətə gedə bilməli

İş haqqında:  

  • Departamentin fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
  • İşçilər arasında gündəlik iş bölgüsünü həyata keçirmək və icrasına nəzarət etmək;
  • Sığorta ödənişləri ilə əlaqədar gələn tələbləri araşdırmaq və təsdiq etmək;
  • Ümumi daxil olan şikayətlərin cavablandırılmasında iştirak etmək; s vəsaitlərin qəbul və ləğv edilməsi
  • Bütün növ hesabatları əməkdaşlardan tələb edərək, təhlil edib yoxladıqdan sonra rəhbərliyə təqdim etmək;
  • Sığorta işinin yoxlanılması və rəsmiləşdirilməsi zamanı qanunvericiliyə riayət olunmasını tabeçiliyindəki şəxslərdən tələb etmək və onların qanuna uyğun olmayan qərarlarını ləğv edərək Cəmiyyətin nüfuzuna zidd hərəkətlərini aradan qaldırmaq;
  • Aşkar edilmiş dələduzluq (sığorta imitasiyası) hallarının qarşısının alınması, ona şərait yaradan halların aradan qaldırılması üçün Cəmiyyətin rəhbərliyinə təkliflər vermək;
  • Sığorta hadisəsinin araşdırılması istiqamətində səlahiyyətli dövlət orqanları ilə qarşılıqlı əlaqələri təşkil etmək;
  • Ehtiyac olduqda tabeliyində olan əməkdaşlara təlimlər vermək, rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.;

 

İş şərtləri:  Həftə içi 5 gün, 09:00-18:00

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində Müdir və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi