İşin təsviri
İş barədə məlumat:
- Serverlərin və iş stansiyalarının idarə edilməsi
- Serverlərin və fərdi kompüterlərin, periferik qurğuların aparat və proqram təminatı komponentləri haqqında biliklər;
- Avadanlıqlara texniki xidmət göstərilməsi, zəruri ehtiyat hissələrinin alınması, texniki detalların dəyişdirilməsi, zəruri hallarda təmir edilməsi;
- Windows ƏS (iş stansiyası və serverlər), VCenter, ESXi, VeeamBackup, Active Directory, DNS, DHCP, IIS, Group Policy, Wi-Fi, VPN, mail server, ofis proqramları və s. quraşdırılması və konfiqurasiyası, texniki xidməti və idarə edilməsi. və s.);
- İstifadəçilərin dəstəklənməsi və konsultasiya, təlimatların hazırlanması;
- İşçilərin iş yerlərinin təşkili;
- Sistem həllərini izləmək və həyata keçirmək üçün prosesləri qurmaq və avtomatlaşdırmaq bacarığı;
- Məlumatların itirilməsi və ya zədələnməsi halında ehtiyat nüsxələrinin yaradılması və bərpası;
- Xidmət olunan avadanlıqların, inventarların işinə dair hesabatın tərtib edilməsi;
- Kompüter və telefon şəbəkəsinin təşkili;
- Monitorinq sistemləri haqqında biliklər
Namizədə olan tələblər:
- Təşkilatçılıq, detallara diqqət, punktuallıq;
- Öyrənməyə həvəsli;
- Problem həll etmə yönündə yaradıcı və analitik təfəkkür
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (texniki səviyyədə); Rus dili (arzuolunandır)
- İş təcrübəsi 2 il;
Namizədin bilik və bacarıqlarından asılı olaraq əmək haqqı 1500-2000 AZN arası təyin olunacaqdır.
Müraciət etmək istəyənlər “Sistem adminstrator” başlığı ilə [email protected] emailə müraciət etsin.