İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şəbəkələrin və server infrastruktur işinin təşkili;
- Mağaza, ofis və serverdə internet kanallarının sabit işinin təşkili;
- Elektron ünvan serverinin sabit işinin təşkili;
- Məlumat bazasının təhlükəsiz saxlanılması;
- Ehtiyyat nüsxələrinin gündəlik çıxarılması işinin təşkili;
- Server avadanlığının idarəetməsi, lazimi halda yenilənməsi;
- Əsas sistemdə problem yarandıqda verilənlər bazasının ehtiyat iş prosesinin təmin edilməsi;
- Kompüter və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasının təminatı.
Tələblər:
- İT, kompüter elmləri və ya əlaqəli təhsil sahəsində bakalavr dərəcəsi.
- Peşəkar sertifikata üstünlük verilir ( MCSA, MCSE, CCNA,CCNP, VCP, CompTIA A+ və s.
- Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi
Professional Biliklər:
- Windows Client və Server əməliyyat sistemləri üzrə biliklər;
- Server platformaları, Active Direcoty, MS Exchange, Vmware, GPO üzrə dərin biliklərinin olması;
- SAN və NAS Storage texnologiyaları üzrə biliklər.
- TCP/IP, NAT, Routing and Switching, Site to Site İpSec VPN Tunnel, Load Balancing, DHCP, DNS, RDP, Radius, CA üzrə dərin biliklər;
- Vmware - ESX, ESXI, vCenter və Microsoft Hyper-V kimi virtuallaşdırma üzrə biliklər.
- Backup sistemləri üzrə biliklərin olması (Acronis, Norton, Symantec, Veeam və s.);
- AP, Switch, Firewalls və s. Şəbəkə avadanlıqların sazlanması (Cisco, Fortigate, HPE, Mikrotik, Ubiquiti və s);
- İP PBX ilə iş təcrübəsi (Asterisk, 3CX, Kerio Operator) ;
İş yerinə dair üstünlüklər (benefits):
- Korporativ (könüllü) tibbi sığorta
- Performansa dayanıq ekstra ödənişlər
- Şəxsi inkişaf imkanları
İş şərtləri:
- iş rejimi - həftədə 5 günlükdür
- iş saatları – 09:00-18:00
- 1 saatlıq nahar fasiləsi
Namizədlər e-mail-ın mövzu hissəsində “Sistem administratoru” yazmaqla öz CV-ni göndərə bilərlər.