Baş mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun yaradılması və aparılması;
  • Təşkilatın uçot siyasətinin formalaşdırılması;
  • Tam və etibarlı mühasibat və vergi hesabatlarının tərtibi və vaxtında təqdim edilməsi;
  • Mühasibat uçotunun idarə edilməsi;
  • Vergilərin və digər icbari ödənişlərin hesablanması və büdcəyə vaxtında köçürülməsi;
  • Əmək haqqı fondunun xərclənməsinin düzgünlüyünə, kadr intizamına riayət olunmasına nəzarət etmək;
  • Debitor borclarının vaxtında yığılması və kreditor borclarının ödənilməsi;
  • Bütün növ hesabatların (vergi, statistika və s.) hazırlanması və təqdim edilməsi - aylıq, rüblük, illik.
  • Kameral məktubların yoxlanılması, kameral sorğuların və vergiyə cavabların həlli;
  • Mühasibat uçotunun və vergi uçotunun bütün sahələri üzrə sənədlərin və dəqiqləşdirmələrin verilməsi.

İxtisas və bacarıqlar:

  • Yaş: 25-40
  • Ali təhsil (İqtisadiyyat/Mühasibat/Maliyyə və Kredit)
  • Xüsusi ixtisas kursları, ixtisasartırma sertifikatı (ACCA-Association of Chartered Certified Accountants) - arzuolunandır;
  • İş təcrübəsi – Baş Mühasib vəzifəsində 3 il.
  • Analitik düşüncə tərzi, sistemli, strukturlu, məsuliyyətli;
  • Pərakəndə satış təşkilatında və beynəlxalq şirkətlərdə iş təcrübəsi arzuolunandır;
  • Peşəkar Mühasib Sertifikatı arzuolunandır;
  • Bütün mühasibat, vergi və idarəetmə uçotu proseslərini bilmək;
  • 1C proqramlarını bilmək (8.3), Excel proqramını mükəmməl bilmək;

İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00

Əmək haqqı: Müsahibə əsasında.

Email: [email protected]