Sahə memarı

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 13.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirir;
  • Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edir;
  • Layihə axtarış işlərinin aparılmasında sifarişçilərlə və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün sənədlər hazırlayır;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
  • Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir;
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
  • Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
  • Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir;. 

Namizədə olan tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • Kompüter biliyi: Archicad, Autocad, 3D Max, MS Office və İnternetdə işləmə bacarığı.
  • Ezamiyyələrə hazır olması.

CV və tövsiyyə məktublarınızı "sahə memarı" başlığı ilə göndərməyiniz xahiş olunur. 

Email: [email protected]  

İşəgötürənin reytinqi