İşin təsviri
İş barədə məlumat:
- Mühasibat uçotunun aparılmasının beynəlxalq standartlara uyğun aparılması
- Vergi orqanları ilə yazışmalar, vergi qanunvericiliyi ilə bağlı əməliyyatlar, vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və s.) hazırlanması və təqdim edilməsi
- E-Qaimə və fakturalarının hazırlanması, yazılması, təqdim edilməsi
- Gömrük orqanı ilə bağlı əməliyyatlar, bəyannamələr aid işlər
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və müvafiq olaraq təqdim edilməsi
- Statistik hesabatların hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gündəlik kassa əməliyyatlarının qeydiyyatı, online bank əməliyyatlarının icra edilməsi
- Kreditor və debitorlar ilə hesablaşmaların uçotunun aparılması
- İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması
- AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- Əmək Haqqı 900-1200 Azn
Namizədə tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil (ACCA, F3 sertifikatı mütləqdir, PMS sertifikatı arzuolunandır)
- Mühasibatlıq və maliyyə sahəsində (consulting sektorunda təcrübə nəzərə alınacaq) ən az 1 illik iş təcrübəsi
- Dillər (səviyyə): Azərbaycan, Xarici dil bilikləri – Əlavə üstünlükdür;
- Microsoft Office (xüsusilə Excel) proqramlarını bilmək
- 1C proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- e-gov.az, .e-taxes.gov.az və digər elektron portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Mənfəət və zərər, balans hesabatının çıxarılmasını bilməli
- Vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarmalı
- Mühasibatlıq üzrə aidiyyatı sənədləri hazırlamalı, toplamalı, arixivləşdirməli
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə
Email: [email protected]