Anbar idarəetmə sistemi üzrə texniki mütəxəssis

İşin təsviri

Vəzifə və məsuliyyətləri:

  • Anbar idarəetmə sisteminin (WMS) təminatının təchizatçıları üçün texniki tapşırıqların yazılmasında anbar logistikası üzrə texnoloqa köməklik göstərilməsi;
  • Anbar idarəetmə sisteminin tətbiqində və qəbulunda MRP (ERP) direktora və anbar logistikası üzrə texnoloqa birbaşa köməklik göstərir, AİS modullarının və funsksiyalarının ilkin sınaqları zamanı baş verən bütün insidentləri təhlil və inkişaf etdirilməsi;
  • Anbarın logistikası üçün proqnoz və nəticələr əsasında statistik və analitik hesabatların formalaşdırılması;
  • Əməliyyat bölmələrinin yeni logistik biznes proseslərinin modelləşdirilməsi və rəsmiləşdirilməsi, mövcud olanların təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
  • Əməliyyat bölmələri üçün maddi-texniki təchizat proseslərinə dair metodiki və normativ sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi, mövcud olanların tətbiqinə nəzarət edilməsi;
  • Anbarın işini optimallaşdırmağa və şirkətin logistika xərclərini minimuma endirməyə yönəlmiş yeni informasiya texnologiyalarının tətbiqində anbar logistikası üzrə texnoloqa köməkliyin göstərilməsi;
  • Anbar sahəsinin rasional istifadəsi və malların maddi-texniki xüsusiyyətlərinə uyğun olaraq anbar əmtəə axınlarının ən səmərəli paylanması üçün anbar idarəetmə sisteminin təşkili;
  • Logistika əməliyyatlarının normalaşdırılması, anbar və funksional bölmələrin fəaliyyətinin monitorinqi.

İxtisas tələbləri:

  • Anbar logistikasının təşkili və saxlanmasına dair təlimatları və digər rəhbər materialları, normativ sənəd bilikləri
  • Anbar idarəetməsi üzrə biznes prosesləri haqqında biliklər, müxtəlif səviyyəli biznes proseslərini tərtib etmək və təsvir etmək bacarığı;
  • Logistikada proqnozlaşdırmanın, planlaşdırmanın əsas prinsiplərini, logistika sistemlərinin layihələndirilməsinin əsaslarını və logistik əlaqələrin formalaşdırılması biliyi;
  • Anbar, kompüter avadanlıqlarının istismarı üzrə təcrübə;
  • Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumat massivləri ilə işləmək, logistika sisteminin fəaliyyətinin və anbar fəaliyyətinin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən etmək bacarığı;
  • Kadrların normalaşdırılması və motivasiyası nəzəriyyəsinin əsaslarını bilmək; anbar işçilərinin fəaliyyətini təhlil etmək bacarığı.

Tələblər:

  • Təhsil: Ali 
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Verilmiş göstəriş və tapşırıqların vaxtında və dəqiq icrası;
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili– mükəmməl; 
  • Komandada işləmə, stressə dayanıqlı və  problem həll etmə bacarığına malik olan. 

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar idarəetmə sistemi üzrə texniki mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  
Email: [email protected]

İşəgötürənin reytinqi