Layihəçi mühəndis–Konstruktor

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
  • Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
  • Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
  • Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
  • Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir

Namizədə tələblər:

  • Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
  • İş təcrübəsi: Konstruktor olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, və s.
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət); Digər dillər əlavə üstünlük hesab olunur
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı

 

Email: [email protected]