Java üzrə İnstruktor

  • Code Academy
  • Elanın qoyulma tarixi: 08.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.

Müəllimin əsas iş öhdəlikləri bunlardır:

  • Tədris kurrikulumuna əsasən dərs keçmək;
  • Tələbələrin suallarını vaxtında cavablamaq;
  • Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
  • Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
  • Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
  • Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər:

  • JAVA/J2EE alətlərində təcrübəli olması (Eclipse/Intellij/maven/SVN/git/);
  • MySQL, PostgreSQL, Oracle və digər dillərdə təcrübə;
  • Web Servis texnologiyaları haqqında biliklərinin olması (SOAP / REST);
  • Software arxitekturası və Object yönümlü dizayn haqqında məlumatlı olması;
  • Oracle , PostgreSQL vb kimi RDMS sistemlərində təcrübə sahibi və SQL dilinə hakim olması;
  • Spring/ Spring Boot ilə işləmə təcrübəsi üstünlükdür;
  • Linux environmentdə yazmaq və Spark, Kafka, Redis və Elasticsearch biliklərinin olması.

Əlavə olaraq aşağıdakı bacarıqlar tələb olunur:

  • Java üzrə 3 il iş təcrübəsinin olması;
  • Java müəllimliyi üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • İdarəetmə bacarığının olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
  • Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır.

 

https://glorri.com/code/635cc3173ccb6ea5530833a7-Java%20%C3%BCzr%C9%99%20%C4%B0nstruktor?sources