Korporativ Katib

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 08.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İdarə Heyətinin iclası və Komitələrin iş prosesinin təşkilini təmin etmək
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı planlama prosesində fəal iştirak etmək
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı məlumatlandırma prosesini təşkil etmək
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı əməkdaşları İş materialları ilə təmin etmək
  • İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarəedilməsi prosesini təşkil etmək
  • Komitələrin fəaliyyəti ilə bağlı Komitə Katiblərinə tapşırıqlar vermək və onların icrasına nəzarət etmək
  • Birbaşa rəhbəri tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcəkdir

Namizədə tələblər:

  • Hüquq, Beynəlxalq münasibətlər və oxşar sahələr üzrə Ali təhsil
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək
  • Dil bilikləri: Rus (əla), Azərbaycan (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
  • Zamanın səmərəli və effektiv idarəedilməsi
  • Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi
  • Müsbət nəticələr verməkdə təşəbbüskar və həvəsli olmaq
  • Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

 

https://glorri.com/ateshgah/63e3a61c9ff3484e04bc0d78-Korporativ%20Katib?sources