Logistika üzrə mütəxəssiss

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 08.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
  • MS Office-dən yaxşı səviyyədə istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Gömrük və logistika sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
  • İstehsalat sahəsində təcrübə arzu olunandır.

Hansı işləri görəcəksiniz:

  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Ölkədaxili və beynəlxalq yük daşınma işlərini təşkil etmək;
  • Daşınma işinin təşkili üçün lazım olan partnyor şirkət və şəxslərlə əlaqələrin qurulması;
  • Daşınma prosesinə əvvəldən sona kimi nəzarət etmək;
  • Yeni daşıyıcı partnyor şirkətlərin axtarışı və əlaqə qurulması;
  • Logistik xidmətlər üzrə invoysların hazırlanmasında iştirak etmək;
  • Logistika zəncirinin qurulması və idarə edilməsi;
  • CMR/İnvoice/Packing Listlərin tərtibatı;
  • Həftəlik hesabatların hazırlanması;
  • Struktur bölmə rəhbəri tərəfindən vəzifə ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Logistika üzrə mütəxəssis” yazaraq 08.03.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur. 

Email: [email protected]