Mal-material uçotu üzrə baş mütəxəssis

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 08.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsini təmin etmək;
  • Mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
  • Əsas anbar və ehtiyat hissələri anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə və silinmə sənədlərinin vaxtlı-vaxtında alınmasına və düzgün tərtib olunmasına, sistemə işlənilməsinə nəzarət etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində iştirak etmək və İnventarizasiyanın nəticələrinin  mühasibat uçotunda düzgün əks edilməsini təmin etmək;
  • Cəmiyyətin daxili prosedurlarına əsasən yeni və təkrar istifadəyə yararlı hesab edilən ehtiyat hissələrinin uçotunun aparılmasına və bununla bağlı işlərə nəzarət etmək;
  • Baş mühasibin tapşırıqlarını yerinə yetirmək və s.

Tələblər:

  • İqtisadiyyat, maliyyə, muhasibat uçotu üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Excel yüksək səviyyədə;
  • 1C ( 8.3), 
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacarmaq.

İş şəraiti:

  • İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • Əmək haqqı 1700 (bir min yeddi yüz) manat net.
  • Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.