IT proseslərin idarəedilməsi mütəxəssisi

  • eManat
  • Elanın qoyulma tarixi: 07.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • IT xidmətlərinin idarəedilməsi üzrə korporativ siyasət, standart və qaydaları tərtib etmək
  • Korporativ İT sözlük tərtib etmək və onun tətbiqini həyata keçirmək
  • Biznes proseslərə əsaslanaraq informasiya axınını müəyyənləşdirmək, beləliklə İT proseslərinin təsnifatını (pocess statement) və data arxitekturlarını tərtib etmək
  • Beynəlxalq və ölkə qanunvericiliyinə əsasən şirkətin daxildə və xaricində informasiyanın istifadəsi (idarəedilməsi) üzrə strategiya (plan) tərtib etmək
  • İnformasiya idarəedilməsi planını tətbiq etmək
  • Korporativ dəyərlərə (corporate values) əsasən informasiya resurslarının istifadəsi üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
  • Keyfiyyətin ölçülməsi və risklərin idarəedilməsi üzrə sistemləri və onlara tələbləri müəyyən etmək
  • Siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək

Texniki tələblər:

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
  • ISO27K və ITIL, ISO20000 üzrə müvafiq sertikatların olması

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin verilməsi;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT Proseslərin idarəedilməsi mütəxəssisi” yazılmalıdır.

Email: [email protected]

İşəgötürənin reytinqi