İT Biznes Analitik

  • eManat
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif maraqlı tərəflərdən tələblərin toplanılması və təhlili 
  • Texniki sənədlərin analizi və hazırlanması
  • Ödəniş sistemlərində inteqrasiyaların icrasının təmin edilməsi 
  • Dəyişiklik təkliflərini qiymətləndirmək və təşkilatın hədəflərinə çatmasına kömək etmək üçün həll yollarını müəyyənləşdirmək
  • Proqramlaşdırma, Sistem analitik və Biznesin inkişafı qrupu ilə işləyərək müştəri tələblərinin analizini təmin etmək
  • Aidiyyatı struktur vahidləri ilə birgə ödəniş sistemlərində xidmətlərin funksionallığını yoxlamasında və baş verən nasazlıqlarda həll yollarının tapılmasında iştirak etmək
  • Şirkətin fəaliyyətini nəzərə almaqla müxtəlif istiqamətlərdə təhlillərin aparılması və həllərin təklif edilməsi
  • SDLC – Proqram təminatının həyat dövrü sahəsində baza biliklərinin olması
  • Ödəniş sistemlərində yer alan xidmətlər üçün nəzərdə tutulan əlavə və dəyişikliklərin layihə çərçivəsində icra olunmasına dəstəyin göstərilməsi
  • Şirkətin portfoliosunda yer alan daxili layihələrin reallaşdırılmasında tələblərin toplanması və tərtib edilməsi
  • Güclü,zəif tərəflər, imkan və risklərin təhlilinin aparılması (SWOT analizlərin edilməsi)

Namizədə qoyulan tələblər:

  • Müvafiq sahədə (Ödəniş sistemləri, Bank əməliyyatları, FinTech) ən azı 1 il iş təcrübəsi
  • UML və BPMN üzrə biliklər və iş təcrübəsi
  • Git, Redmine, Jira, və s. alətlərlə iş təcrübəsi 
  • Web Servislərlə işləmə təcrübəsi və biliklərin olması
  • SOAP və REST üzrə iş təcrübəsi 
  • Swagger və Postman üzrə iş təcrübəsi
  • APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa biliklərin olması;
  • Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə tərzi 
  • Güclü komunikasiya və analitik düşüncə qabiliyyətinə
  • Word, Excel, PowerPoint bilikləri;
  • Ali təhsil;
  • Dil bilikləri:  
  • İngilis dili – B1 (Intermediate) ; 
  • Rus dili – B1 (Intermediate);

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “ İT biznes analitik” yazılmalıdır.

Email: [email protected]

İşəgötürənin reytinqi