Anbar Şöbə Müdiri

  • ATS Food
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məkanı: Sumqayıt 

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (iqtisadiyyat, logistika istiqaməti üzrə)
  • İş təcrübəsi: Anbar sahəsinin idarə edilməsi üzrə 3 il
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (orta)
  • Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər

Vəzifədən gözləntilər: 

  • Anbar qalıqlarının kontrol edilməsi, yaranan problemlər barəsində nəticə çıxarılması və lazımi tədbirlərin görülməsi;
  • Anbara mədaxil və məxaric olunan məhsullara nəzarət edilməsi;
  • Çatdırmacıların depo qalıqlarının kontrol edilməsi, yaranan problemlər barəsində tədbirlərin görülməsi və birbaşa rəhbərin məlumatlandırılması;
  • Depolarda təhlükəsizlik texnikası, yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl etmək, yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaxtında tədarükçüyə çatdırmanın təşkil edilməsi;
  • Depolara məxsus avadanlıqların inventarlaşmasının aparılmasında iştirak etmək; 
  • Anbar müdirinin qarşısında duran əsas məsələ, xidmət sahəsində yük daşınmaları, yükün anbara qəbulu və buraxılmasını təlimatlandırma  prosesinə nəzarət etmək;                         
  • Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
  • Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
  • Depo sahəsindən səmərəli istifadə etmək şərti ilə saxlanılan məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi;
  • Depolara qəbul edilən məhsulların çeşid və miqdarları ilə bağlı müdriyyətə məlumat verilməsi, anbardaxili düzgün çeşidlənməsi ilə bağlı tədbir görülməsi;
  • Məhsulların son istifadə tarixinə (SİT) nəzarət etmək, SİT bitməsinə müəyyən vaxt qalmış məhsulların siyahısını təşkil edib aidiyyəti qurumları mütəmadi olaraq məlumatlandırmaq;

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Münaqişənin idarəedilməsi
  • Problemləri həll etmə
  • Planlama və Təşkilatçılıq
  • Hesabatvermə
  • Risklərin idarəedilməsi
  • Vaxtın idarə edilməsi
  • Nəticə yönümlülük

İş Şərtləri:

  • Əmək haqqı: 2500-3000
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Var
  • Yemək: Var

Maraqlananların emaildə “Anbar Şöbə Müdiri” yazaraq CV-lərini göndərməyi xahiş olunur.