Brend meneceri

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahədə sahədə Ali təhsil
  • Ən azı 2 il Marketinq sahəsində olmaqla, Satış, Ticarət və Marketinq sahəsində 6 il iş təcrübəsi;
  • Brendin fərqli marketlərə integrasiyasının təmin olunması sahəsində təcrübə;
  • Markanın başladılması (Brand Launch), məlumatlılığının yaradılması (Brand Awareness) haqqında təcrübələr arzuolunandır;
  • SMM fəaliyyəti və bazar araşdırması praktikası arzuolunandır;
  • MS Office bacarıqları (Xüsusilə Excel və Power Point);
  • Analitik düşüncə qabiliyyəti.

Vəzifə Öhdəlikləri:

  • İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
  • Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
  • Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
  • Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
  • Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
  • Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
  •  Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
  •  Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.

İş şəraiti: İş qrafiki: həftə içi 5 gün

İş yeri: Bakı (Baş ofis)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend meneceri” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi