Əsas vəsaitlər üzrə mühasib

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Əsas vəsaitlərin qeydiyyatının aparılması;
  • Əsas vəsaitlərin xüsusiyyətləri (marka, istehsal tarixi və s.) üzrə məlumatların dəqiq əks etdirilməsi;
  • Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması;
  • Əsas vəsaitlərin istehsalata və layihələrə yönəldilməsinə nəzarət etmək;
  • Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət;
  • Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyası (kvartal, il);
  • Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət;
  • Əsas vəsaitlərin uçotunun aparılması və 1C proqramına daxil edilməsi;
  • Kapital Məsrəfləri (CAPEX) hazırlanması;
  • Əsas vəsaitlərin səmərəli istifadə olunması üzrə təkliflərin verilməsi;
  • Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişi;
  • Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək.

Tələblər:

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
  • Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
  • Analitik təhlil qabiliyyəti;
  • MS Excel proqramı ilə yükək səviyədə işləmək bacarığı;
  • 1С 8.3. Proqramında işləmək bacarığı.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz. 

https://hr.mktcotton.com/job/esas-vesaitler-uzre-muhasib?sources=jobsearch.az