Satış üzrə Bölmə rəisi (Bölgə)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İqtisadiyyat sahələrində ali təhsilli olmalı
  • Qida və ya Qeyri qida satış  və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
  • İngilis və rus dillərini bilməli
  • MS Office, SAP proqram bilgiləri olmalı
  • B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
  • Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlist danışma bacarığı olmalıdır
  • Liderlik qabiliyyəti olmalıdır

Vəzifə Öhdəlikləri:

  • Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
  • Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
  • Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.  
  • Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
  • Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
  • Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
  • Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
  • Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
  • Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
  • Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.  
  • Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
  • Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
  • Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.  
  • Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.  
  • Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
  • Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
  • İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
  • İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.  
  • Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri:

Lənkəran (Lənkəran, Masallı, Cəlilabad rayonlarında yaşayan namizədlər)

Biləsuvar (Cəliləbad, Biləsuvar, Salyan rayonlarında yaşayan namizədlər)

Bərdə (Bərdə, Yevlax rayonlarında yaşayan namizədlər)

Kürdəmir (Kürdəmir, Göyçay, İsmayıllı rayonlarında yaşayan namizədlər)

Gəncə (Gəncə, Yevlax, Mingəçevir şəhərlərində yaşayan namizədlər)

Şəmkir (Şəmkir, Qazax, Tovuz rayonlarında yaşayan namizədlər)

Tovuz (Şəmkir, Qazax, Tovuz rayonlarında yaşayan namizədlər)

Şəki (Şəki, Balakən, Zaqatala, Qax rayonlarında yaşayan namizədlər)

Xaçmaz (Xaçmaz, Quba rayonlarında yaşayan namizədlər)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Satış Bölmə Rəisi (Bölgələr)” qeyd etməyiniz xahiş olunur.

 

İşəgötürənin reytinqi