Mühasib köməkçisi

  • Sirab ASC
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);
  • Komputer bilikləri: MS Office – Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Yaş həddi: 23 – 30;
  • Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);
  • Mikro ERP və Günəş proqram bilikləri- Yaxşı;
  • Riyazi biliklər və analitik düşünmə bacarığı;
  • Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
  • Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
  • Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Ünsiyyətlilik;
  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Rus və ya ingilis dili biliyi;

İş barədə: 

  • Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi; 
  • İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
  • Hesabat sənədlərinin qeydiyyatını aparılması;
  • Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;
  • Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
  • Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • 700 AZN;
  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi