Layihələr üzrə koordinator

  • Gravity Inc
  • Elanın qoyulma tarixi: 02.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə Tələblər:

  • Yaş: 24-30
  • Layihələrin idarəedilməsi və koordinasiyası üzrə minimum 3 il təcrübə;
  • Səlis Azərbaycan, ingilis və rus dili biliyi;
  • Bakalavr və ya daha yüksək dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması, marketinq və ictimaiyyətin idarə olunması ixtisaslarına üstünlük verilir);
  • Araşdırma və kreativ düşünmə qabiliyyəti;
  • Güclü inandırma və təqdim etmə bacarığı;
  • Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı; 
  • Məsuliyyətlilik, detallara nəzarət, operativlik; 
  • İşçilər, müştərilər, və vendorlar ilə düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi.

Vəzifə Öhdəlikləri:

  • Layihələrin hazırlanması, inkişaf etdirilməsi;
  • Verilmiş layihələrin tələb və məqsədlərinə uyğun olaraq icra planının, risk cədvəlinin və digər zəruri sənədlərin hazırlanması;
  • Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
  • Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
  • Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq öncəlik tədbirlərinin görülməsi;
  • Layihələrin monitorinqinin aparılması;
  • Hər bir layihə üzrə görülmüş işlərin gündəlik ətraflı hesabatının verilməsi;
  • Layihənin icrası zamanı layihə iştirakçılarının, iş icraçılarının layihənin bağlanmasını əks etdirən sənədlərin hazırlanması və təhvil-təslim prosesinin təmin edilməsi;
  • Layihənin idarə olunması üçün təhlil və qiymətləndirməyə dəstək olmaq.

Xahiş edirik müraciət zamanı CV ilə birlikdə müşahidə məktubunu da e-poçt vasitəsilə bizimlə bölüşəsiniz. Müşahidə məktubu göndərilməyən şəxslərin CV-nə baxılmayacaqdır.

Müşahidə məktubunda bu sualları əhatə etməyiniz xahiş olunur (max. 300 söz):

  • Nəyə görə bu vəzifə və şirkətlə maraqlanırsınız?
  • Layihələrin idarə edilməsində hansı müvafiq təcrübəniz var?
  • Sizi bu rola güclü uyğunlaşdıran hansı xüsusi bacarıq və keyfiyyətlərə sahibsiniz?
  • Tapşırıqları son tarixə əsaslanan mühitdə necə prioritetləşdirirsiniz?
  • Bir layihə üçün prosesləri və gedişatı necə uğurla idarə etdiyinizə dair nümunələr verə bilərsinizmi?
  • Uzunmüddətli karyera hədəfləriniz nədir və bu mövqe bu planlara necə uyğun gəlir?

 

Əmək haqqı: 800 AZN 

İş rejimi: 6 gün, 10:00 – 19:00

CV-nin və müşahidə məktubununun Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. 

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Layihələr üzrə koordinator” qeyd etmələri xahiş olunur. Mövzu hissəsində bildirilən müvafiq qeyd və müşahidə məktubu olmayan şəxslərin məlumatlarına baxılmayacaqdır.

Email: