Maliyyə üzrə koordinator (Şirvan şəhəri)

  • Company
  • Elanın qoyulma tarixi: 01.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Maliyyə və Mühasibatlıq sahəsində 2 ilə yaxın iş təcrübəsi;
  • 1C (8.3) proqramında işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və şirkətdaxili prosedurlara əsasən filial daxilində maliyyə və mühasibat uçotunun təşkil edilməsi;
  • Filiallar üzrə maliyyə və mühasibat uçotunun aparılması, o cümlədən maliyyə təhlili üzrə göstəricilərinin hesablanması, proqnoz və idarəetmə hesabatlarının hazırlanması; 
  • Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması;
  • Xəzinəyə mədaxil və məxaric olan pul vəsaitlərinin hesabatını aparmaq (gündəlik);
  • Müəyyən olunmuş prosedur qaydalara əsasən gündəlik əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib edilməsi;
  • İcarə haqqlarını, daşınma xərclərini və digər xərclərin 1 C proqramında məxaric etmək;
  • Audit tərəfindən göndərilən anbar çeşidlərini gündəlik saymaq və aktlaşdırmaq;
  • Rəhbərin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;

İş şəraiti:

  • Həftənin 6 günü : 09:00-dan 18:00-dək;
  • Karyera yüksəlişi imkanı;
  • Tibbi sığorta ilə təmin edilir;
  • İş yeri: Şirvan şəhəri 

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur

Email: [email protected]