Məlumatların keyfiyyəti üzrə mütəxəssis

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 01.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

zifənin əsas öhdəlikləri hansılardır?

  • Saytın Keyfiyyət üzrə İdarəetmə proseslərinə və prosedurlarına, məlumatların idarə edilməsi ilə bağlı normativ tələblərə uyğunluğuna, o cümlədən Törəmə müəssisədə məlumatların idarə edilməsi proseslərinə və performansa nəzarət edən göstəricilərin hazırlanması.
  • Məlumatların bütövlüyü ilə bağlı sorğular üzrə daxili, xarici və tənzimləyici yoxlamalar zamanı dəstək göstərmək.
  • Məlumatların bütövlüyü ilə bağlı hadisələrin qarşısının alınmasını, aşkar edilməsini təmin etmək üçün əlaqə və əməliyyat planları yaratmaq.
  • Məlumatların keyfiyyəti ilə bağlı siyasət və prosedurlarda yaranan boşluqların təhlilində iştirak.
  • Problemləri müəyyənləşdirmək və ətraflı düşünməklə, eyni zamanda təkmilləşdirilmiş iş təcrübələrini müəyyən edərək tətbiq etməklə onları həll etmək üçün çalışmaq.
  • Biznes prosesləri/sistemləri üzrə məlumatların keyfiyyətinə dair müntəzəm yoxlamalar həyata keçirmək.
  • Məlumat daxil edilərkən yarananan xətaları müəyyən etmək və həmkarlara həll yolları təklif etmək.
  • Məlumatların keyfiyyətinə dair hesabatların hazırlanması.
  • Risk Menecerinə, Hesabat və Proqram Təminatı üzrə Komitəyə Məlumatların İdarə Edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı məsləhətlərin verilməsi.
  • Məlumatların daxil edilməsi, proseslər və hesabatlarla bağlı səhvləri müəyyən etmək üçün məlumatların keyfiyyətinə dair həftəlik və aylıq yoxlamalar aparmaq.
  • Risk Menecerinə, Daxili Nəzarət və Uyğunluq Şöbəsinin Rəhbərinə məlumatların keyfiyyəti ilə bağlı məsələlərin aylıq hesabatını təqdim etmək.
  • Məqsədlərə çatmaq və biznesi irəli aparmaq üçün məsuliyyət götürməklə, tələb olunanları etmək üçün təşəbbüs göstərməklə, məqsədlərə çatmaq üçün enerji və həvəs yaratmaqla işə qarşı sevgi, dürüstlük nümayiş etdirmək.
  • Müəyyən edilmiş səhvlərin həlli yollarının vaxtında işlənib hazırlanması üçün həmkarlar ilə əlaqə saxlamaq.
  • Ümumi səhvlərin aradan qaldırılması üçün aydın təlimatlar hazırlamaq və onları işçilərlə paylaşmaq.
  • FAZ-ın məlumat strategiyasını həyata keçirmək üçün həmkarlar ilə işləmək.
  • Əməliyyat proseslərinin məqsədə uyğun olmasını təmin etmək üçün təşkilat daxilindəki həmkarlar ilə işləmək
  • Rəhbərliyin tələb etdiyi məlumat hesabatlarını hazırlamaq məqsədilə işçi qrupu ilə işləmək.
  • Məlumatların idarə edilməsi prosesini təkmilləşdirmək və inkişaf etdirmək üçün şirkət layihələrində iştirak etmək.
  • İşçilərə Məlumatların Keyfiyyəti üzrə müntəzəm təlimlərin keçirilməsi.

Namizəddən gözləntilərimiz:

Təhsil və Təcrübə:

  • Ali təhsil – Riyaziyyat, kibernetika, mühəndislik və ya informasiya sistemləri üzrə bakalavr dərəcəsi və ya təhsil və təcrübənin ekvivalent kombinasiyası
  • Maliyyə təşkilatlarında ən azı 2 il iş təcrübəsi. 
  • SQL biliyi olanlara üstünlük verilir
  • Strukturlaşdırılmış/strukturlaşdırılmamış verilənlər bazaları, verilənlərin modelləşdirilməsi, məlumatların idarə edilməsi, sürətli/iterativ inkişaf metodologiyaları və məlumatların idarə edilməsi vasitələri haqqında biliklər;

Bacarıqlar:

  • Analitik yanaşma
  • Keyfiyyət 
  • Təhlükəsizlik və mühafizə
  • Etibarlılıq
  • İnnovasiya
  • Problemlərin həlli və tənqidi düşünmə 

Digər Bilik və Bacarıqlar:

  • Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı 
  • İngilis dilində yaxşı yazı bacarıqları olanlara üstünlük verilir 
  • MS Proqramları üzrə yaxşı bilik

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, 12 Fevral, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://finca.az/jobs/melumatlarin-keyfiyyeti-mutexessis/

İşəgötürənin reytinqi