Komplayns üzrə mütəxəssis

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 01.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

.Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • FINCA Azərbaycan (FAZ) və Qlobal Uyğunluq Mütəxəssisi (GCO) arasında qarşılıqlı əlaqəni təmin etmək.
  • PL/TMM Siyasəti, KYC (Öz müştərini tanı) Prosedurlarının həyata keçirilməsi, Şübhəli Fəaliyyətin araşdırılması və hesabatı və PL/TMM Siyasəti çərçivəsində təlimlər üzrə FAZ əməkdaşlarına dəstək və nəzarətin təmin edilməsi
  • Şübhəli Fəaliyyətləri araşdırmaq, müvafiq tədbirləri həyata keçirmək və bu cür Şübhəli Fəaliyyətlər və reaksiyalar barədə Daxili Nəzarət və Uyğunluq Şöbəsinin Rəhbərinə, GCO-ya və yerli qanunla tələb olunan istənilən quruma məlumat vermək.
  • Avtomatik Baxış Əməliyyatları və Şübhəli Fəaliyyətlərin təriflərinə cavab verən bütün əvvəlki rüb əməliyyatlarını ümumiləşdirən rüblük hesabatları Daxili Nəzarət və Uyğunluq Rəhbərinə təqdim etmək.
  • FAZ-ın müqavilə bağladığı bütün müştərilərin, təchizatçıların, qurumların və ya fiziki şəxslərin yoxlanış nəticələri, habelə müəyyən edilmiş hər hansı məsələlər haqqında hesabat vermək. Görüləcək işlərin siyahısı dərhal bildirilməli və rübdə bir xülasə və ya əlavə hesabat göndərmək.
  • FAZ tərəfindən təklif olunan hər bir məhsul üçün Transaksiya Xərclərinin Səviyyəsini təsdiqləmək və FAZ tərəfindən təklif olunan bütün yeni məhsul(lar) üçün Transaksiya Xərclərinin Səviyyəsini təsdiqləmək məqsədilə ən azı iki ildən bir GCO ilə əlaqə saxlamaq.
  • Uyğunluq üzrə mütəxəssis FATCA  (Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) tələblərinə uyğun olaraq FAZ-ı dəstəkləməlidir və lazım olduqda FATCA mütəxəssisi kimi fəaliyyət göstərməlidir.
  • Şikayətlərin İdarə Edilməsi statistikasını aylıq olaraq hazırlamaq və Uyğunluq üzrə Rəhbərliyin Mərkəzi Bankın tələblərinə əməl etməsini təmin etmək.
  • PL/TMM Siyasətinə uyğunluğu təmin etmək üçün vaxtaşırı Daxili Nəzarət və Uyğunluq Rəhbərinin tələb etdiyi hər hansı digər vəzifə və ya öhdəlikləri yerinə yetirmək.
  • Qanunlara, qaydalara və standartlara riayət olunması ilə bağlı yüksək rəhbərliyə məsləhət vermək və onları sahədəki yeniliklər haqqında məlumatlandırmaq. 
  • FAZ-ın biznes fəaliyyəti ilə bağlı uyğunluq risklərini, o cümlədən yeni məhsulların və biznes təcrübələrinin inkişafı, təklif olunan yeni biznes növlərinin və ya müştəri münasibətlərinin yaradılması və ya bu münasibətlərdə əhəmiyyətli dəyişikliklərinin müəyyən edilməsi, sənədləşdirilməsi və qiymətləndirilməsi.

Namizəddən gözləntilərimiz:

Təhsil və Təcrübə:

  • Ali təhsil – Biznesin idarə edilməsi, idarəetmə, hüquq üzrə Bakalavr Dərəcəsi
  • Maliyyə təşkilatlarında ən azı 2 il iş təcrübəsi.
  • PY/TMM və yerli qanunvericiliyə dair biliklər 

Bacarıqlar:

  • Analitik yanaşma
  • Etibarlılıq
  • Tənqidi düşüncə
  •  Dəqiqlik

Digər Bilik və Bacarıqlar:

  • Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı 
  • İngilis dilində yaxşı yazı bacarıqları olanlara üstünlük verilir 
  • MS Proqramları üzrə yaxşı bilik

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, 12 Fevral, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://finca.az/jobs/komplayns-mutexessis/

İşəgötürənin reytinqi