Mühasib

  • SAF Pharma LLC
  • Elanın qoyulma tarixi: 30.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri: 

  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
  • Bank əməliyyatları (mədaxil və məxaric)
  • Kassa əməliyyatları
  • Tender üçün sənədlərin hazırlanması
  • İnventarizasiya prosesinin həyata keçirilməsi
  • Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
  • Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı)
  • Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması

Vəzifəyə tələblər:

  • Təhsil – Ali (mühasibatlıq, maliyyə və uyğun istiqamətlər üzrə)
  • Təcrübə - minimum 2 il (müvafiq sahə üzrə)
  • Vergi və əlaqəli qanunvericiliyi bilmək
  • Riyazi məntiq
  • Analitik təhliletmə qabiliyyəti
  • Detallara diqqət
  • Məsuliyyətlilik
  • Dəqiqlik
  • Etibarlılıq

İş yeri: Bakı şəhəri 

İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00

Əmək haqqı: 750-900 AZN

 

Müraciət qaydaları:

Qeydiyyat forumu https://forms.gle/8PvCTLEGN2S3xhZM9 

Son müraciət tarixi 10.02.2023