İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Hesabatları Standartlarının (BMHS və MHBS) dərk edilməsi və biliklərinin tətbiqi nəticəsində müraciət edilən şirkətlərin maliyyə hesabatlarının auditinin həyata keçirilməsi
 
	- Şöbənin işinin planlaşdırılması, icrası və effektiv təşkilinin təmin edilməsi
 
	- Bütün işçilərin şəxsi bacarıqlarını daim inkişaf etdirmək üçün təlim tədris işinin təşkili
 
	- Şirkətlərin auditinin planlaşdırılması və icrasına nəzarət edilməsi
 
	- Audit işinin effektiv təşkili və dolğun hesabatlılığın hazırlanması
 
	- Audit siyasətinin işlənib hazırlanmasında rəhbərliyə dəstək göstərilməsi
 
	- Maliyyə hesabatları ilə bağlı nəzarət mexanizminin qurulması və hesabatlılığın təmin edilməsi
 
	- Tapşırığın lazımi şəkildə yerinə yetirilməsini təmin etmək üçün auditin ixtisas səviyyələrinə uyğun olaraq işin bölüşdürülməsi
 
	- Audit nəticələri barədə yüksək vəzifəli şəxslərin, menecerlərin və tərəfdaşların vaxtında məlumatlandırılması
 
	- Auditlə bağlı problemlər yarandıqda, şirkətin tələblərinə uyğun olaraq onların həlli üçün təkliflər vermək
 
	- Siyasət və prosedurlarına uyğun olaraq audit tapşırığının nəticələrini qiymətləndirmək, iş prosesi zamanı aşkar edilmiş bütün zəif cəhətləri göstərmək və onları təkmilləşdirmək üçün təkliflər vermək.
 
	- Audit nəticələri haqqında hesabatlar və rəylər hazırlanmasına nəzarət etmək
 
	- Komanda üzvü kimi səmərəli işləmək, məsuliyyəti bölüşmək, dəstək vermək, ünsiyyət saxlamaq
 
	- Müştərilərə və digər tərəflərə çatdırılacaq hesabatların və cədvəllərin hazırlanmasına nəzarət etmək
 
Tələblər: 
	- Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat, audit, hüquq və digər əlaqədar sahələr)
 
	- Mövcud audit üsulları haqqında hərtərəfli biliklərə sahib olmaq
 
	- Komanda idarə etmək bacarıqlarına sahib olmaq
 
	- Audit sahəsində iş təcrübəsi
 
	- Beynəlxalq Audit Standartları (BAS) üzrə biliklərin başa düşülməsi və tətbiqinə dair biliklər
 
	- Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Hesabatları Standartları (BMHS və MHBS), eyni zamanda Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi
 
	- Audit fəaliyyətinin həyata keçirilməsinə aid Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə peşəkar səviyyədə biliklər
 
	- Ofis proqramlarından və zəruri proqram təminatından istifadə üzrə peşəkar biliklər: (MS Excel, MS Word, MS Power Point, 1 C - 8.3)
 
Üstünlük hesab edilir:
	- Beynəlxalq sertifikatların olması
 
	- Xarici dil bilikləri (rus, ingilis)
 
	- Rəhbərlik təcrübəsi
 
	- Ölkədaxili ezamiyyət etmək imkanının olması 
 
	- Azərbaycan Respublikasının Auditorlar Palatası auditor imtahanından keçmiş olması
 
Bacarıq və səriştələr:
	- Komanda ruhlu olmalı;
 
	- Peşəkar şəkildə öyrənmək, inkişaf etmək və peşəkarlar komandasının bir hissəsi olmaq arzusu;
 
	- Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
 
	- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
 
	- Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
 
	- Problemləri həll etmə bacarığı olmalı; 
 
	- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
 
	- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
 
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV - lərini 02.03.2023-cü il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “audit meneceri” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 
Email: [email protected]